ABŞ həm də Ermənistanın Qərbə yönləndirilməsində əsas iştirakçılardan biridir.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko “Moskva-Bakı”ya müsahibəsində Ermənistanın müdafiə naziri Suren Papikyanın Pentaqon rəhbəri Lloyd Ostinlə son görüşünü şərh edərkən deyib.
“Pentaqon xətti ilə Amerika hərbi missiyası Ermənistan Müdafiə Nazirliyində işləyir, ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat şöbəsi Ermənistan silahlı qüvvələrinin Baş Qərargahının müvafiq kəşfiyyat şöbəsi ilə aktiv şəkildə qarşılıqlı əlaqədə olur və məlumat mübadiləsi aparır və erməni hərbçilərə təlimlər keçirilir. Gələcəkdə Amerika silahlarının tədarükü olacaq. Yəni hər şey tam sürətlə gedir”, - o bildirib.
Ekspert qeyd edib ki, İrəvan Cənubi Qafqazda Qərbin fitnəkar və Troya atı roluna hazırlaşır:
“Nəticədə Ermənistana yenidən NATO dişləri veriləcək. Ermənistan isə ya güzəştli sxemlərlə, ya da hərbi yardım çərçivəsində silah alacaq, ona görə də bu proses davamlı olacaq”.
Paylaş: