Xəbər lenti


Səudiyyə Ərəbistanının ABŞ-la bağladığı petro-dollar sazişi yeniləməsini qlobal iqtisadi düzəndə yeni dövrün başlanğıcı kimi dəyərləndirilə bilər.

 

Ovqat.com-un məlumatına görə, Nyu York mərkəzli Nasdaq birjasının internet saytı Səudiyyə Ərəbistanının iyunun 9-da müqaviləni yeniləmədiyini, bunun isə müqavilənin ləğv edildiyi almanına gəldiyini bildirib.

 

Qeyd edək ki, “petro-dollar” sazişi  8 iyun 1974-cü il tarixində 50 illiyinə imzalanmışdı. Bu müqavilə ilə ABŞ dolları qızıl qarşılığında ekvivalentilikdən imtina etmiş və dolların məzənnəsini neftin qiyməti ilə indeksləmişdi. Nəticədə Səudiyyə Ərəbistanının təbii sərvəti üzərində öz milli valyutasının stabilliyini təmin etmişdi.   Bu razılığa əsasən, o dövrdə dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə krallığı xaricə satdığı nefti yalnız ABŞ dolları ilə qiymətləndirəcək və artıq neft gəlirlərini ABŞ xəzinədarlıqlarına yatıracaqdı. Bu, ABŞ xəzinədarlıqlarına xarici kapital axını, aşağı faiz dərəcələri və sabit istiqraz bazarının qorunmasına kömək edirdi. Öz növbəsində, Amerika Birləşmiş Ştatları da kral ailəsinə hərbi dəstək verəcəkdir. Son 50 ildə bu saziş qlobal neft ticarətinin təməl daşı olmuşdur. Bu razılaşma dollarların likiditəliyini artırır, ABŞ-a rəqibləri ilə yanaşı Yaxın Şərq ölkələrinə də geosiyasi təsir etmək imkanı qazandırırdı.

 

Son zamanlar Çinlə əlaqələrini gücləndirən və Pekinin vasitəçiliyi sayəsində İranla münasibətlərini gücləndirən, üstəlik, BRICS blokuna qoşulan Səudiyyə Ərəbistanının ABŞ himayəsinə asılığı da aradan qaldırmışdı. Ən əsası isə, İsrail-Fələstin gərginliyində Təl-əvivin tərəfini saxlayan və ərəb ölkələrini də susmağa məcbur edən Vaşinqtonun bu mövqeyi Riyadı narazı salır, onu başda öz əhalisi olmaqla ərəb dövlətlərinin də gözündən salırdı. Görünür, Səudiyyə Ərəbistanı, nəhayət, öz simasını qorumaq üçün ABŞ-ın boyunduruğundan çıxmağı ən uyğun yol olaraq dəyərləndirib.

 

Mütəxəssislərin fikrincə, neft-dollar sazişinin yenilənməməsi Yaxın Şərqdə bilinməyən bir paradiqmaya və beynəlxalq neft ticarətinin dinamikasında potensial bir dəyişikliyə yola aça bilər. İddialara inansaq, bu qərar qlobal siyasətdən yan ötüşməyək . Bir çox siyasətçi və ekspert bu barədə bədbin proqnozlar verir, narahatlıqlarını dilə gətirirlər.

 

 Bununla birlikdə, dünyanın alternativ enerji mənbələrinə doğru irəliləməsi, bərpaolunan enerji və təbii qazdan istifadənin artması son 10 ildə neftdən asılılığı durmadan azaldır. Hal-hazırda Səudiyyə Ərəbistanı kimi neftlə zəngin ölkələr belə, 2030-cu ilə qədər öz istifadə etdiyi enerjisinin yarısını bərpaolunan enerji və təbii qazla əvəzləməyə və 2060-cı ilə qədər sıfır xalis emissiyalara nail olmağa çalışırlar. Bu baxımdan Riyadın ümidini “qara qızıl”a bağlamasının da əsası qalmayıb.

 

Səudiyyə Ərəbistanının ABŞ-la neft-dollar müqaviləsini uzatmamaq qərarı dolların enerji ticarətində dominant valyuta statusunun əhəmiyyətli dərəcədə zəiflədəcəyi güman olunur. Bu vəziyyət, ehtimal ki, neft əməliyyatlarında istifadə olunan valyutaların şaxələndirilməsinə gətirib çıxaracaq. Nəticədə neft ticarətində avro, yuan və hətta kriptovalyutalar potensial olaraq bazarda daha böyük rol oynayacaq. Bu isə ABŞ iqtisadiyyatı üçün ciddi nəticələrə səbəb ola bilər, çünki dollar dominantlığının azalmasının borc xərcləri və inflyasiyanın artması ilə nəticələnəcək. Sözsüz ki, iqtisadiyyatının mühüm hissəsi neft və qaz gəlirlərindən təşəkkül tapan Azərbaycan da neft bazarında yaranan yeni situasiyadan öz nəsibini alacaq.

 

Mülahizələrə görə, neft-dollar sazişinin yenilənməməsi son illərdə artan dolların ləğvi prosesini də sürətləndirəcək. Rusiya, Çin və İran kimi ölkələrin beynəlxalq ticarətdə dollardan asılılıqdan yaxa qurtacağı və digər rəqibləri ilə müqayisədə fürsət bərabərliyi yaxalayacağı ehtimal olunur. Bununla belə, neft-dollar sazişinin ləvği dedollarizasiya prosesinin sürətlənməsinə və neft bazarında dəyişkənliyin artmasına səbəb ola bilər.

 

Səudiyyə Ərəbistanının bu qərarından sonra önümüzdəki illərdə beynəlxalq valyuta sistemində əhəmiyyətli dəyişikliklərin baş verməsi gözlənilir. Çünki ölkələr valyuta aktivlərini şaxələndirməyə və dollardan asılılıqlarını azaltmağa çalışacaqlar. ABŞ-ın da bu yeni reallığa uyğunlaşması və çoxqütblü dünyada iqtisadi və geosiyasi təsirini qorumağın yollarını tapması lazımdır. Vaşinqtonun bundan sonra valyuta bazarında dominant gücündən istifadə edib rəqiblərini təzyiq altında saxlamaq imkanları da məhdudlaşacaq. 

 

Ovqat.com

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 313          Tarix: 17-06-2024, 14:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma