Xəbər lenti

İran Daxili İşlər Nazirliyinin yaydığı gizli sənəddə bildirilib ki, İranın İsrailin hərbi hədəflərinə raket hücumlarından sonra dövlət dairələrinə qarşı cavab və ya terror-təxribat hərəkətlərinin törədilmə ehtimalı var.

"Azad İran" "Telegram" kanalı məlumat verir ki, sənədi iranlı jurnalist Məhəmməd Məcid Əhvazi "X" hesabında paylaşıb.

Gizli sənədə əsasən, dövlət dairələrindən neft emalı zavodlarına, ötürücü xətlərə, enerji paylayıcı şəbəkələrə, stansiyalara, radio-televiziya avadanlıqlarına, körpülər, neft-kimya tunellərinə hücum ehtimalına qarşı ayıq-sayıq olmaları istənilib.

Qeyd olunub ki, polis və hərbi qüvvələr təhülkəsizliyi qorumaq məqsədilə bir sıra tədbirlər görəcəklər.




Ana səhifəyə qayıt        Baxış: 2 803          Tarix: 22-10-2024, 18:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma