PKK terror təşkilatı Gürcüstanda ciddi şəkildə təşkilatlanmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.
Onun iddiasına görə, Tiflisdə təşkilatlanan terrorçular Azərbaycana da sızmaq istəyir: “PKK-nın Gürcüstanda təşkilatlanması ilə yanaşı, Tiflisdə Ermənistan dövləti və Ermənistan Diaspor Nazirliyi tərəfindən maddi dəstək verilən “Kürdüstan Yezidilər İttifaqı” da fəaliyyət göstərir. Həmçinin, özlərinə tərəfdar toplamaq və təbliğat aparmaq üçün Gürcüstanda “Gilavej” (Sabah ulduzu) adlı jurnal da nəşr etdirirlər. Bütün bu təşkilatlanmanı PKK-nın Gürcüstan üzrə nümayəndəsi Abdülrehman Pariyev adlı şəxs həyata keçirir. Bu şəxsə kömək edən və Azərbaycandakı tərəfdarları ilə bağlantı quran şəxs Osman Baydemirdir. Bu şəxsin kod adı “Avroman”dır və Türkiyədə axtarışda olan PKK üzvlərinin siyahısında yer alırlar”.
G.Gülbey qeyd edib ki, PKK üzvləri Ermənistandakı düşərgələrdə təlim keçdikdən sonra Gürcüstanda təşkilatlanan yezidi kürdlərdən dəstək alaraq, Qara dəniz bölgəsinə gəlirlər.
“Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ ərazisində qərargah quran və Göyçə gölü yaxınlığındakı “Vardanes” düşərgəsində təlim keçən PKK üzvləri Gürcvüstandakı yezidi kürdlərin dəstəyi ilə Qara dəniz bölgəsinə keçir və terror aktlarının törədilməsi üçün kəşfiyyat aparırlar. Ermənistan Rize və Artvin bölgəsində yaşayan hemşinlər üzərində də oyun oynayır. Belə ki, həmşinlərin erməni əsilli olduğu iddia olunur və təəssüf ki, ermənilər bəzi həmşinləri buna inandırmağı bacarıb. Erməni olduqlarına inanan həmşinlər bölgədə HDP ilə birgə hərəkət edrək, PKK-ya dəstək verirlər”, - deyə o vurğulayıb.
Paylaş: