Xəbər lenti

Biz qonşu olaraq bir-birimizə çox kömək edə bilərik.

Musavat.com xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrdən danışarkən deyib.

Dövlət başçısı qeyd edib ki, ölkələr arasında əməkdaşlıq imkanları mövcuddur: “İki qonşu və qardaş bir-biri ilə nə etməlidir? Ölkələrimiz arasında sağlam əlaqələrin yaradılması üçün əl-ələ verib əməkdaşlıq edə bilərik. Universitetlərimiz arasında əlaqələr yarada, görüşlərdə ticarət əlaqələrini müzakirə edə bilərik”.

“Bu tay, o tay bir birmizlə qohumuq. Gediş-gəlişlər töhfə verir. Ona görə də bir-birimizin gediş-gəlişimiz üçün yolları açmalıyıq. Bir-birimizə kömək edə, hər iki ölkənin xalqına sakit, yaxşı həyat yarada bilərik”, - İran Prezidenti vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 689          Tarix: 27-04-2025, 22:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma