Xəbər lenti

Məlum olduğu kimi, Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və bu ölkədən deport olunub.

Millət vəkilinin Rusiyadan deportasiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub.

Siyasi şərhçi, araşdırmaçı jurnalist Heydər Oğuz Prime Tv-nin efirində yayımlanan “Qırmızı Masa” verilişində bildirib ki, Azərbaycan tərəfi bu hadisə ilə əlaqədar Rusiyaya adekvat cavab verməli, hətta bütün əlaqələri kəsməlidir.

“Az qala bütün dünya Rusiyaya sanksiya tətbiq edib. Amma Azərbaycan Rusiyaya qucaq açır, münasibətlərini davam etdirir. Buna görə Allaha dua etmək əvəzinə, Azərbaycanın deputatını ölkənə buraxmırsan? Mənim deputatımı ölkənə qoymursansa, prezidentimə niyə dəvət  göndərirsən? Hesab edirəm ki, bu tərbiyəsizliyə Azərbaycan hakimiyyəti ən yüksək səviyyədə cavab verməlidir”.

Qeyd edək ki, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə gedib. Nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona ölkəyə girişinə qadağa qoyulduğu bildirilib.

Daha sonra o, başqa bir reyslə Azərbaycana qayıdıb.

 




Ana səhifəyə qayıt        Baxış: 4 761          Tarix: 6-05-2025, 21:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma