Xəbər lenti

Prezident Rəcəb Tayyib Ərdoğanın sülh prosesində uduzan tərəf olmayacağı ilə bağlı bəyanatını xatırlatmaq istərdik. Biz nəyə ümid edirik? Atəşkəsə və regionda sülhə.

Axar.az xəbər verir ki, bu sözlər Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Rusiya-Ukrayna danışıqları ilə bağlı bəyanatında yer alıb.

Bildirilib ki, Türkiyə öz növbəsində ikitərəfli danışıqların təhlükəsizliyini təmin etməyə hazırdır.

Qeyd edək ki, İstanbulda Rusiya-Ukrayna birbaşa danışıqlarının növbəti raundunun iyulun 23-də Çırağan sarayında keçirilməsi planlaşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 3 614          Tarix: 22-07-2025, 22:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma