Xəbər lenti

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədəki qərbyönlü siyasi qüvvələrə Rusiyaya qarşı sərt fəaliyyətə başlamağı tapşırıb.

Musavat.com xəbər verir ki, bu barədə erməni “Qraparak” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, son sosioloji sorğular həm hökumətin, həm də Qərb tərəfdarı olan siyasi dairələrin nüfuzunun aşağı düşdüyünü göstərir. Xüsusilə, qərbyönlü seçicilərin sayında təxminən 10 faiz azalma qeydə alınıb.

Məqalədə bildirilir ki, Paşinyan qarşıdan gələn seçkilərdə hakimiyyətdə qalmaq üçün Avropa yönlü siyasi ittifaqlara bel bağlayır. Bu məqsədlə yaxın günlərdə bir sıra anti-Rusiya aksiyaları planlaşdırılıb.

“Qraparak” yazır ki, bu fəaliyyətin ilk mərhələsi kimi 23 avqustda Gümrüdə Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazasının Ermənistandan çıxarılması tələbilə mitinq təşkil olunacaq.




Ana səhifəyə qayıt        Baxış: 3 317          Tarix: Dünən, 14:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma