Xəbər lenti

Rusiya və İran ilk birgə dəniz konsorsiumu yaratmaq barədə razılığa gəliblər.

Axar.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali X sosial media platformasında məlumat yayıb.

Cəlalinin sözlərinə görə, razılaşma 6-7 noyabr tarixlərində Mahaçqalada hər iki ölkənin iri şirkətlərinin və hökumətlərinin nümayəndələri ilə aparılan danışıqların nəticəsidir.

O əlavə edib ki, tərəflər artıq gələcək layihənin ümumi strukturunu və çərçivəsini müəyyən ediblər və razılaşmanın təfərrüatı və rəsmi mətni bir ay ərzində təqdim olunacaq.




Ana səhifəyə qayıt        Baxış: 3 103          Tarix: 9-11-2025, 23:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma