Xəbər lenti

Almaniya parlamenti (Bundestaq) ordu üçün silah alınmasına 3 milyard avrodan çox ayrılmasını təsdiqləmək niyyətindədir.

Oxu.Az-ın "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, bu böyük satınalma çərçivəsində ABŞ şirkəti "Airbus"dan 20 yüngül döyüş helikopterinin alınması planlaşdırılır.

Helikopterlərin dəyəri təxminən 1 milyard avro təşkil edəcək. Həmçinin Almaniya müdafiə nazirliyi 100 min gecə görüş cihazı almaq istəyir ki, bu cihazlara daha bir milyard avro xərclənəcək. Bundan əlavə, nazirlik zenit raketlərinin də satin alınmasını təsdiqləmək niyyətindədir. Bu raketlərin dəyəri təxminən 1.2 milyard avro təşkil edəcək.

Məlumata görə, bu məsələ ilə bağlı səsvermə noyabrın 12-si qapalı iclasda keçirilməlidir.




Ana səhifəyə qayıt        Baxış: 3 145          Tarix: 9-11-2025, 10:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma