Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna hərbi kəşfiyyatının əməliyyatının qarşısını alıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, əməliyyatın əsas məqsədi "Kinjal" hipersəs raketi ilə təchiz olunmuş Rusiya "MiQ-31" qırıcı təyyarəsinin qaçırılması olub.
Təyyarəni qaçırmaq üçün Ukrayna hərbi kəşfiyyat zabitləri rusiyalı pilotları işə cəlb etməyə cəhd göstərərək onlara üç milyon dollar ödəməyi vəd ediblər. Bundan əlavə, pilotlara Qərb ölkələrindən birinin vətəndaşlığı vəd olunub.
Ukrayna kəşfiyyat xidməti "Kinjal" raketi ilə silahlanmış təyyarəni NATO-nun cənub-şərqi Avropadakı ən böyük aviabazası - Rumıniyanın Konstansa şəhərində yerləşən əraziyə uçurmağı planlaşdırıb. Əməliyyatda Rusiya tərəfindən xarici agent hesab olunan "Bellingcat" şirkətindən istifadə edilib.
Paylaş:




























