Xəbər lenti

Suriya hakimiyyəti İŞİD terror təşkilatının ölkə Prezidenti Əhməd əş-Şaraaya qarşı iki sui-qəsd planını pozub.

Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyi Suriya Təhlükəsizlik Xidmətindəki mənbəyə və Yaxın Şərq ölkəsindən olan anonim məmura istinadən xəbər verir.

Sui-qəsd planları son bir neçə ayda ifşa edilib. Təşkilatın sui-qəsdlərindən birinin Suriya liderinin iştirak edəcəyi "əvvəlcədən elan edilmiş nişan mərasimi" zamanı həyata keçirilməsi planlaşdırılırdı. Planın digər detalları dəqiqləşdirilir.




Ana səhifəyə qayıt        Baxış: 2 860          Tarix: Dünən, 21:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma