Xəbər lenti

Azərbaycan və Boliviya diplomatik və xidməti pasport sahibləri üçün vizaların ləğvi barədə saziş imzalayıb.

Sazişi Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Boliviya XİN başçısı Fernando Uanakuni Mamani imzalayıblar.

İmzalanma mərasimindən əvvəl nazirlər təkbətək formatda və geniş tərkibdə görüş keçirib. İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi, beynəlxalq arenada ölkələrin müxtəlif məsələlər üzrə mövqelərinin sinxronlaşdırılması, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib




Ana səhifəyə qayıt        Baxış: 704          Tarix: 18-08-2017, 16:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma