Xəbər lenti

“Azərbaycan viza rejiminin ləğvi ilə bağlı bizə rəsmi müraciət etməyib”

Bunu azvision.az-a açıqlamasında Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis bildirib.

“Avropa İttifaqı ilə vizasız rejim prosesinə start vermək üçün bu istiqamətdə spesifik danışıqlara başlanmalıdır. Azərbaycan tərəfi hələlik bununla bağlı bizə müraciət etməyib. Bu məsələ hazırda Avropa İttifaqı-Azərbaycan arasında gedən danışıqlarla bağlı deyil. Vizasız rejim və yeni saziş tamamilə fərqli anlayışdır. Vizasız rejim üçün Azərbaycan müraciət etməli, quruma üzv olan ölkələrdən mandat əldə etməli və yalnız bundan sonra “Yol xəritəsi” hazırlanmalıdır. “Yol xəritə”sində yer alan texniki şərtlər yerinə yetirildikdən sonra biz bu məsələ ilə siyasi danışıqlara başlayacağıq. Lakin bütün bunlar üçün Azərbaycan tərəfi rəsmi olaraq bizə müraciət etməlidir”,-deyə D.Daniilidis vurğulayıb.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında viza rejiminin ləğvi gələcəyin işidir.

Onun sözlərinə görə, hazırda tərəflər viza rejiminin sadələşdirilməsi mərhələsindədir: “Viza rejiminin ləğvi isə gələcəyin işidir. İlk növbədə biz strateji tərəfdaşlıq barədə yeni sazişi icra etməli və müsbət nəticələr almalıyıq. Sonra isə viza rejiminin ləğvi məqsədilə Azərbaycan və Aİ arasında fəaliyyət planını hazırlamaq lazımdır”.

 




Ana səhifəyə qayıt        Baxış: 1 114          Tarix: 12-06-2017, 13:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma