Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
Moderator.az saytının müsahibi şair İlham Qəhrəmandır.
- "Dərd gələndə batmanla gələr, çıxanda misqalla" misalı özünü doğruldur deyəsən...
- O baxır dərdə. Bizim dərdimiz batmanla necə gəlibsə, eləcə öz dərd yerində, dərd evində durur. Məsəl var deyərlər, yurdundan sürülən qəbir evinəcən ağlar. Axı bu dərd misqalla necə çıxar ki, dərd sənin xatirələrindi, körpəliyindi, məktəb yollarındı, doğmalarındı, müəllimlərindi, kəndindi, buyruğuna baxdığın ağsaqqallardı, çapdığın atlardı, bir sözlə, bu dərd sənin özünsən. Üstə gəl, şahidi olduğun xəyanətdi. Burda xatırlandıqca, dərdin tüstüsü başından çıxır, amma misqal əskilməsi olmur. Bu dərd köhnəlmək bilməz, təzə-tər bizimlə qəbrə gedər.
- Koronavirus pandemiyasının dünyanın başına nə oyunlar açdığını görürük. Şair İlham Qəhrəmandan ötrü karantin daha çox darıxdırıcı idi, yoxsa qorxulu?
- Məncə, yoluxucu olandan qorunmaq üçün hamıda instinkt var. Mötəbər təşkilatlar, vətəndaşı olduğun ölkə, onun rəhbərləri sənə virusa qarşı ehtiyatlı olmağı tövsiyə etdiyi halda, sosial şəbəkələr, müxtəlif saytlar əksinə - şübhə dolu məlumatlar yayırlar. Düzü, adam kəc qalır. Axı bu boyda zarafat olmaz. Mən ilk vaxtlar çox ciddi yanaşdım, evdə qapıların tutacağına, cəftəsinə qədər tez-tez dezinfeksiya edirdim. Limon, darçın, perikis, maska, spirt və s. hər şeydən istifadə edirdim. Nəvəmi bizə gətirməyi uşaqlara qadağan etdim. Heç kəsə qonaq getmədim. Bir dəfə atamı görməyə getdim, o da əllə salamlaşmadım. Sadaladıqlarımda, məncə, həm qorxu, həm də darıxmaq payı var. Milli dəllallarımız burda da xalqın qara günündən yararlanmağa çalışdılar. Maskanın və spirtin qiyməti ceyranın belinə qalxdı. O da tapılsa... Biz bir xalq olaraq həmrəylik baxımından geridəyik. Aptekdə işləyən bilməlidir ki, süni bahalanmadan tutaq ki, qoruyucu vasitə ala bilməyən şəxs onun bir doğmasının tanışı ola bilər. Bu adi, kiçik görünən misalda bizim böyük faciəmiz var.
- Artıq koronavirus dövrünün poeziyası da yaranır, görən bayatısı da olacaq?
- Mən bu dövrdə xeyli şeir yazdım. Dövrün özünə isə konkret “Üzrümüz yoxdu” adlı yığcam bir şeir nazil oldu. Həmin şeiri, dostlar sağ olsunlar, saytlarda çap etdilər. Bayatıları haqqında isə bir qədər sonra nənələrimizdən eşidəcəyik. Dərdin bayatısını nənələrimiz daha yaxşı çağırır. Mən burda birin çağıra bilərəm:
Karvançı dəvə yığdı,
Dəvəni səfə yığdı.
Qorxunun ağzı yansın,
Hamını evə yığdı.
- Ötən əsrin yetmişinci illərindən Bakıdasan, amma şəhər adamına oxşamırsan...
- Hər kəsin cəmiyyətdə bir fakturası var. İnsan fakturasıyla tanınır. Yəqin bu mənim fakturamdan - görünüşümlə davranışımın bir-birini bağlamasından irəli gəlir. Mən daha çox özümü xatirələrdən qalma adam hesab edirəm. Özüm kimi adamları da tanıyıram. Elə adamların yanında olanda darıxmıram.
- Barəndə söz düşəndə dostlarımızın birinə söyləmişdim ki, İlham Qəhrəman şifahi xalq ədəbiyyatının inkişafı üçün gəlirsiz kapital qoyub. Mindən çox bayatı toplayıb "Gül dəftəri" bağlamısan. Bu işə nə vaxtdan, haradan və necə başlamalı oldun?
- “Gül dəftəri” Sarı Aşığın tərtib etdiyim kitabının adıdı. Görkəmli ədəbiyyat xadimi Salman Mümtazın “Azərbaycan ədəbiyyatının qaynaqları” kitabında “Aşıq Abdulla” adlı məqalə var. “Gül dəftəri”nin araya-ərsəyə gəlməsində həmin məqalə bələdçi kimi məni izə saldı. Məqalədəki bayatı nümunələrini oxuyanda heyrətə gəldim. Salman Mümtazın toplayıb 1935-ci ildə çap etdirdiyi “Sarı Aşıq və boyatıları” kitabını Milli Kitabxanamızdan əldə edib surətini çıxartdım. Bu sırf oxucu marağından irəli gəlirdi – yəni oxumaq və kitabxanamda saxlamaq. Kitabı oxuyanda gördüm ki, cinas ustadının bayatılarının cinasları səhv qurulub. Yəni cinasın hər misrada yeni məna vermək tələbi pozulub. Beləliklə, başladım cinasları düzgün tərtib etməklə kompüterə yığmağa. Bu iş 14 il ərzində davam etdi. Aşığın Bəhlul Behcət və Güney Azərbaycanda “Əxtər” nəşriyyatı tərəfindən buraxılan kitablardakı bayatılarını da üstə gəldim. Eyni zamanda “Əyandı qərəz” adlı şeirini də ilk dəfə mənbələrdən tapıb kitaba saldım. “Gül dəftəri” artıq iki dəfə çap olunub. Mənə görə, bu kitabın bir adı da böyüklər üçün ana dili kitabıdır. “Niyə”sini isə kitabı oxuyanlar bilər. Atalarımızın belə bir hikmətli sözü var – işi könül görər. Sənin sözünün qüvvəti - mənim istər Laçın folklorunun toplanmasında, istərsə də Sarı Aşıq və Aşıq Alının irslərinin toplanıb tərtib edilməsində gördüyüm işlər könül işidir.
- Sarı Aşığı bayatı janrının ən böyük ustadı kimi qəbul etmək olarmı?
- Belə bir hökmü nə sən, nə də mən vermirik. Aşığın bayatılarını oxuyan oxucu belə qərara gəlir. Sarı Aşığın bayatıları haqqında dediyim bir fikri burda xatırlatsam yerinə düşər – bu bayatılar spirt lampasından alınan alov kimi təmizdi. Dörd misra, yeddi hecanın verdiyi imkan daxilində heyrət yaratmaq ancaq o kişiyə müyəssər olub.
- Laçın yada düşəndə bayatı çəkirlər. Sarı Aşığın ən çox xatırladığın bayatısı hansıdır?
- Laçında bayatı çağıran xanımlar çox olub. Bu bayatıları oxuyanda görürsən ki, çağıran xanımların çoxu şair namında olublar. Ha özündən deyən şair ola, o bayatıları yaza bilməz. Amma nənələrimiz o bayatıları başlarına gələn hadisəyə uyğun, məqamında sinədən çağırıblar.
Kəkülün topar-topar,
Yel vurar ürək qopar,
Heyvan məndən yaxşıdı,
Mələr balasın tapar.
Misal kimi çəkilən bu bayatı mətndən göründüyü kimi övladı ölən ana tərəfindən çağrılıb. Bayatının siqləti adamı dərhal qəmə bürüyür, yasa batırır. Sarı Aşıqdan əzbərimdə çox bayatı var, hamısı da bir-birindən gözəl. Misal üçün, bu bayatısı maraqlıdı:
Aşıq deyər nədən dad,
Mürğ ağzında nə dən dad.
Şütür öz barın çəkər,
Zəng eyləyər nədən dad?!
Aşığın bayatıya yüklədiyi heyrət burda özünü göstərir. Bayatının məzmunu budur – yük, ağırlıq dəvənin belindədi, amma, zınqırov özünü öldürür.
- Poeziyanın hazırkı durumu necədir, istedadlılar aralıqdakı söz qoşanları ötüb keçibmi?
- Belə bir deyim var –
Çoxları aşıqlıq həvəsindədi,
Xəbəri yoxdu dərdi-sərindən.
Bu gün şeir yazan çoxdu, sən demiş, söz qoşanlar da var, şükür, istedadlar da. Söz qoşanlar ikincilərdən say etibarıyla çoxdular. Bu bütün dövrlərdə belə olubdu. Söz qoşanlar, belə demək mümkünsə, papağı günə yandıranlardı. Hərçənd onların bəzilərinin güclü havadarları olur və onlar ədəbiyyat üçün ayrılan büdcədən istedadlılardan daha çox bəhrələnirlər. Mən 3 ildi Mədəniyyət Nazirliyinə ərizə ilə gah Sarı Aşığın “Gül dəftəri”, gah “Laçın lətifələri”, gah Aşıq Alının “Nə qaldı” kitablarına görə müraciət edirəm, amma bu günə qədər o kitablardan 1 nüsxə də alınmayıb. Amma nə qədər həmin söz qoşanların dəyərsiz kitablarına görə dövlətin ətək-ətək pulları xərclənib. Yəni bu mənada söz qoşanların istedadları ötüb keçməsini demək olar. Amma söz xiridarları, tükü tükdən seçən oxucular kimin kim olduğunu yaxşı bilirlər. Hər bir söz adamı yazdığı mətnlərdə özünü ələ verir.
- Yazı prosesi haqqında fikrin maraqlı olar...
- Bu haqda həm müsahibələrimdə, həm də ədəbi düşüncələrimdə fikirlərimi bölüşmüşəm. Gərək sən mövzuya tutulasan. Bundan sonra onun havasına köklənirsən, ritmini tapırsan, yetişib gəlməsini gözləyirsən. Quşların kürt düşmə dövründə bədən hərarəti adi dövrdəkindən yüksək olur. Yazı prosesi ona bənzəyir. Söhbət əsl qələm adamlarından gedir. Söz qoşanlar belə hisslərdən baş çıxarmazlar.
- Umud oğlu İlham Qəhrəman hələ ümidini itirməyib ki?..
- Ölkədə yaradıcı adamlar daha çox meyarların itməsindən əziyyət çəkirlər. Əgər biz bu gün əziyyət çəkiriksə, demək, kimlərsə buna görə baiskar kimi tarixə düşür. Meyarların itməsi, ayrı-seçkilik dövlət və dövlətçilik üçün ən qorxulu, yaramaz əməllərdir. Ən pisi isə bunun başında ziyalı və vəzifə başında olan adlı-sanlı şəxslərin durmasıdır. Bu gün yaradıcı qurumların bəzisini təftiş etsən bir Allah bilir ki, gün işığına nələr çıxar?! Amma ölkədə aparılan islahatlar ümidimizi üzülməyə qoymur.
- 28 ildir səs-soraq yoxdur... Laçın əsirdir, itkindir, yoxsa şəhid?
- Laçın boynundan könülsüz xaç asılan müsəlmandır. Eləcə də digər itirilən torpaqlarımız. Laçının işğal zamanı Laçından çıxan sonuncu laçınlı ölənəcən ömrü var. Laçın - Laçını xatırlayan sonuncu laçınlı öləndə Azərbaycan üçün öləcək. Azərbaycan onda ölmüş balasının vayına çökəcək. Laçınlılar Laçının verilməsinin rəsmiləşdirilməsini istəmədiyi kimi, Laçın da onu xatırlayan laçınlıların mümkün qədər gec ölməsini arzulayır. Bəlkə də bizi ölməyə qoymayan Laçının düşmənə qalmamaq arzusudur. Amma Laçının taleyi üçün barmaq barmağa vurulmur. O barmaqlar silah tətiyində gözləyir. Laçın çiynimizdə özü boyda töhmətdir. Bu töhmətlə ölməkdən ağır heç nə yoxdur.
- İstedadlı, imzası seçilən bir şair kimi gözəl müşahidə qabiliyyətin, el-oba dilinə bələdliyin, xalq folkloru haqqında geniş bilgin, şirin yumorun, üstəlik də gördüyün-eşitdiyin xeyli maraqlı, dramatik, tarixi və mifoloji hekayətlərin var. Əlində də xeyli material. İri həcmli nəsr əsəri yazmaqdan ötrü böyük sursatın var. Hekayələr, yaxud da roman gözləyək, ya yox?
- Düzünü deyim ki, özümdə elə bir daxili ehtiyac hiss etməmişəm. Mənim nəsrim tərtib etdiyim kitablara yazdığım ön sözlərdi, esselərdi, qələmə aldığım Laçın lətifələridi. Qoy mən də Azərbaycanın nəsrsiz şairi kimi xatırlanım. Mən hisslərimi daha çox yüyrək dildə verməyə meyilliyəm. Yəni məni daha çox şeirin eşqi tərpədir. Başqa eşqə düşsəm dəyərli oxucular xəbər tutacaq.
- Tərcüməçi kimi haykular çevirmisən. Yapon poeziyasında haykularla bayatıların ruhi bir oxşarlığı varmı?
- Haykular da bayatılar kimi lakonik və yığcamdır. Bildiyimiz kimi bayatılarda fikir 4 misra, 28 hecaya sığışır, haykuda isə şairin meydanı daha dardı, şair fikrini 3 misra, 17 hecada verməlidir. Bu yapon heroqliflərindən düzələn şeir növüdür. Hayku həmişə indiki zamanda yazılır. Çünki müəllif yazdığı şeirdə indi gördüyünün və eşitdiyinin təəssüratını sözlə ifadə edir. Bayatı yazan isə belə bir məhdudiyyətlə qarşılaşmır. Hayku yazmaq sənəti üç misrada anın təsvirini vermək bacarığıdır. Əsas prinsip az söz işlətməklə çox məna verməkdir. Burda tələb bayatı ilə üst-üstə düşür deyə bilərik.
Tiyödən bir misal gətirim:
Daha heç kim pəncərədəki
Kağızda deşik açmır.
Amma ev bumbuzdu!
Bu hayku ölən uşaq haqqındadır. Elegiya da demək olar. Fikir dolayısıyla və dəqiq verilib.
- Bir şeirində deyirsən:
Sevgi gizlənmək bilməz,
İçini sərər günəşə.
Sevgi doyumluq deyil,
Aclıq çəkməkdi həmişə.
...Qovuşanda da həmin aclıq ötüb keçmir?
- İnsanın sevgiyə olan möhtaclığı balığın suya olan möhtaclığı kimidi. Bu həm sevilmək, həm də sevmək anlamındadır. Yar yarım deməkdir fəlsəfəsi budur. Burda ikidən birin çıxanda yerdə bir yox, yarım qalır. Yəni bütöv üçün sevən həm də sevilməlidir. Sevginin qarşılıqlı olması bunu ehtiva edir. Bütöv ikidir, tək yarımdır. Yarım həmişə yarısına möhtacdır. Sevgili səndən uzaqda da ola bilər, yaxında da. Sevgi üçün aclıq isə həmişə var. Aclıq elə sevginin özüdür.
- Yeni kitabının xoş xəbərinə qədər...
- Təşəkkür edirəm. Kiçik həcmli, lakonik şeirlərdən ibarət bir kitab var xəyalımda. Döş cibə yerləşən olmalıdır. Təxminimə görə, o kitab üçün 100-ə yaxın şeirim var.
Söhbətləşdi: Oqtay Qorçu

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar