Xəbər lenti
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
“Proteksionist siyasət yeridən Tramp heç bir ölkə ilə dost-qardaş ola bilməz...”
Moderator.az-ın əməkdaşı tanınmış siyasi analitik, “Qarabağ tələsi” kitabının müəllifi Tahir Cəfərli ilə Rusiya lideri V.Putin və ABŞ prezidenti D.Trampın Ukrayna, Yaxın Şərq və ayrıca Azərbaycanla bağlı siyasətini müxtəlif aspektləri ətrafında söhbətləşib.
(Müsahibənin əvvəli ilə bu linkdə tanış ola bilərsiniz: http://www.moderator.az/news/182353.html).
-Tahir müəllim, Rusiyanın inkişafı Azərbaycan üçün də təhlükədirmi?
-Əlbəttə ki. Putinin Avrasiya İttifaqı elə keçmiş imperiyanın bərpası deyilsə, bəs nədir? Ancaq indiki dövrdə Rusiya heç vaxt keçmiş sovet respublikalarını öz tərkibinə qata bilməz, onları yalnız iqtisadi inteqrasiyaya vadar edə bilər...
“Putin keçmiş sovet respublikalarında kənd təsərrüfatının inkişafına təkan verdi...”
-Necə? Hansı yollarla?
- Rusiyaya qarşı sanksiyaların tətbiq edildiyi ilk ayları xatırlayaq. Rusiya kənd təsərrüfatı mallarına möhtac qalmışdı. Nə baş verdi? Putin keçmiş respublikalarla olan qapılarını açdı və həmin ölkələrin kənd təsərrüfatları Rusiya bazarlarını Avropadan gəlməyən mallar ilə doldurdular. Bu isə keçmiş sovet respublikalarında da kənd təsərrüfatının inkişafına, eyni zamanda Rusiyanın özünün də inkişafına təkan verdi. Bu minvalla Rusiya keçmiş respublikalarının kənd təsərrüfatının Rusiyaya inteqrasiyasını təmin etdi. Siz elə bilirsiniz ki, Azərbaycan Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı gördüyü tədbirlər bununla bağlı deyil?..
-Hər halda məntiq belə deyir... Azərbaycan kəndlisi həmişə mallarını Rusiyaya aparıb...
“O, əlini Ərdoğanın çiynindən götürsə...”
-Putinin digər ən böyük xidməti Türkiyəni öz müttəfiqinə çevirməsidir. Bu gün Putin əlini Ərdoğanın çiynindən götürsə, o, bir gün də hakimiyyətdə və salamat qala bilməz. FETO-çular iki dəqiqədə onu aradan götürərlər. İndi məlum olur ki, nurçuluğu Türkiyədə yayanlar bu ölkəni Qərbdən asılı hala salmışdılar. Ərdoğan hazırda bu asılılıqdan çıxmaq və ölkəni regionun qüdrətli dövlətinə çevirmək üçün Rusiyaya və Putinə arxalanır. Və bu baxımdan Türkiyə İranla da “İŞİD”-ə qarşı birlikdə hərəkət etməlidir. Stiven Koen də bunu qeyd edir...
“Osmanlı imperiyasının dayaqlarından biri də türk-kürd birliyi olub...”
-Qərb mətbuatı “kürd məsələsini” Kremlin -Putinin adına bağlayır. Və burda hardasa məntiq var. Çünki “PKK” adlandırdığımız, ilk vaxtlar solçu sosialist-marksist yönümlü olan Kürd Fəhlə Partiyası məhz SSRİ dövründə, Moskvanın, “KQB”-nin NATO üzvü olan Türkiyədə sosialist inqilabı həyata keçirmək planı əsasında yaranıb...
- Bəli. Bu olmuşdu. Amma artıq Moskvanın o strategiyası keçmişdə qaldı. Kürdüstanı yaratmaq istəyən Rusiya yox, Qərbin özüdür. Qərb analitikləri Türkiyə-İran-Rusiya üçlüyündən çəkinirlər . Buna baxmayaraq dünya buna gedir. Həmin birlik prosesini dayandırmaq üçün hazırlanan MKİ agenti polkovnik Pitersin planları buna sübutdur. Kürd terrorçuları silahlandıran və Avropada onların tərəfini saxlayan da Qərbin oyunbaz siyasətçiləridir. Bir-neçə gün bundan öncə Suriya kürdlərinə ABŞ külli miqdarda silah və texnika verdi. Ərdoğanın etirazına baxmayaraq Raqqanın azad olunmasına kürdləri cəlb etdi. ABŞ Müdafiə Nazirliyinin bəyanatında isə deyilir ki, Raqqa “İŞİD”-dən azad olan kimi bu texnika və silahlar türklərə qaytarılacaq. Gülməli deyil mi? Tarix böyü kürd-türk bir olub. Osmanlı imperiyasının dayaqları da bu iki xalq idi. Bunları toqquşdurmaq, Türkiyəni dağıtmaq deməkdir. Əgər sovet dövründə bu, SSRİ rəhbərliyinin siyasi marağında idisə, indi əksinə: Türkiyədə stabillik Rusiyanın marağındadır, çünki V.Putin “Lenin -Atatürk planını “ məhz bu saat həyata keçirir...
“MKİ polkovniki Pitersin planının açıqlanması Ərdoğanı oyatdı...”
-Deyirsiz ki, Piters planının mahiyyətinin açılması Ərdoğanı oyatdı?
-Bəli. ABŞ demokratları “ idarə olunan xaosla” Yaxın Şərqi dağıtmaq istəyirdilər. Bunu S.Koen də öz müsahibəsində qeyd edir. Ancaq Putinin təzyiqi və Suriyada Hərbi Kosmik qüvvələrini işə salması, bütün bu oyunlara son qoydu. Daha doğrusu, Yaxın Şərqdə “İŞİD”-in, yəni əslində ABŞ-ın bütün oyunlarını pozdu. Bunu da S. Koen xüsusi olaraq qeyd edir...
“Demokratların “xaos” oyunu bitməkdədir...”
- Bəs indi Yaxın Şərqdə nə baş verir?
-İndi bir-birinin ardınca Suriya və İraqda şəhərlər və kəndlər “İŞİD”-çilərdən təmizlənir. Demokratların “xaos” oyunu bitməkdədir....
-Sizcə, belə bir fikir doğrudurmu ki, ABŞ-da demokratların seçkidə uduzması, onların Suriyada, Türkiyədə və İraqdakı hərbi-siyasi məğlubiyyəti ilə əlaqəlidir...
-Həqiqətən belədir. Hakimiyyətə gələn Tramp, daha praqmatik və daha ağıllı siyasətçi olduğundan, keçmiş sərhədləri tanıdı, atomlu Rusiyaya ilə üzbəüz gəlməyin perspektivsizliyini görüb batmaqda olan ABŞ iqtisadiyyatını qaldırmaq yolunu, daha düzünü desək, proteksionizmi bərpa yolunu tutdu, geosiyasi nöqteyi-nəzərdən təhlil etsək, bunun ABŞ üçün düzgün yol olduğunu görərik(İzah:Proteksionizm -milli iqtisadiyyatın stimullaşdırılmasına, daxili bazarın xarici rəqabətdən qorunmasına yönəldilmiş dövlət siyasətidir-S.L.).
“...“İŞİD”in geosiyasi funksiyası heçə enmişdir...”
-Demokratların Rusiyanı darmadağın etmək planı haqda Stiven Koenin sensasiyalı məqaləsində də açıq-aşkar deyilirdi...
-Bəli. Koenin məqaləsinin mahiyyəti onu göstərir ki, Suriyada, Türkiyədə və İraqda faktiki məğlubiyyətə uğramış ABŞ-n yeni hökuməti düşdüyü Yaxın Şərq bəlasından mərdi-mərdanə çıxmaq istəyir və məqsədi Rusiya ilə yaxınlaşmaqla dünyada baş alıb gedən gərginliyi, hərc-mərcliyi dayandırmaq, aşağı endirməkdir. Hər şeydən əvvəl bu, Trampın praqmatizmliyindən irəli gəlir. Çünki “İŞİD”-in geosiyasi funksiyası heçə enmişdir. ABŞ-ın Ukraynada dövlət çevrilişi və xaos planı baş tutsa da, Suriya və Türkiyədə bu alınmadı. “SRU” polkovniki Pitersin planından irəli gələn bütün müddəaları Stiven Koen ortaya çıxarmışdır. Onun sözlərinə görə “İŞİD”-n yaradılması Ukraynadan sonra, Suriya və Türkiyədə dövlət çevrilişləri ilə nəticələnməli və üç ölkə vəhabiləri “İŞİD”lə birgə Ukraynadan, Şimalı Qafqazdan və Orta Asiya respublikalarından Rusiyaya qarşı müharibəyə qoşulmaqla bu ökəni məhv etməli idilər. Koen yazır ki, məhz Vladimir Putinin qabaqlayıcı tədbirləri buna son qoydu. O, Ukraynada qeyri-legitim hökuməti hakimiyyətə gətirtməklə Krımı ələ keçirtdi, üstəlik, istədiyi vaxt Ukraynaya girmək üçün Donbas və Luqanskda üsyan qaldırdı. Ardınca ABŞ-ın Səddam Hüseynin gününə salmaq istədiyi Ərdoğanı xilas etməklə öz gerçək gücünü göstərdi. ABŞ-ın indiki rəhbərliyi Rusiyadan qaynaqlanan bu güc və təhlükəni görür, sakitcə geri çəkilsə də, daxildə ciddi təzyiqlərə üzləşir və üzləşməkdə davam edir.
“O, heç vaxt Rusiyanın dostu ola bilməz...”
-Stiven Koenin məqaləsində sanksiyalardan sonra ABŞ-ın Putinlə yaxınlaşmasının səbəbinin izahı da maraqlıdır. Yadınızdadırsa, Amerika tərəfi Minskə gəlmədi, üstəlik, Almaniya, Fransanı da oraya getməkdən çəkindirirdi. Ancaq həmin iki ölkənin liderlər buna əməl etmədilər. Səbəb?
-Səbəb odur ki, Avropa öz şərqində böyük savaşın alovlanmasını istəmədi və nəticədə Minsk sazişi Avropanın Şərqində müharibə ocağını söndürdü. Donald Tramp seçilənədək bu ocaq hələ də tüstülənirdi və istənilən vaxt alışa bilərdi. Putinin sonuncu çıxışının mahiyyəti ondadır ki, ABŞ-a birbaşa mesaj göndərdi: “Bizimlə oynamayın, biz öz hərbi gücümüzdən istifadə etməklə təcavüzkar siyasətinizin qarşısını ala bilərik”...
- Stiven Koenin bu açıqlamalarla mətbuata çıxması, ondan xəbər verir ki, ABŞ Rusiya siyasətini dəyişəcək və onunla həqiqi partnyorluq siyasətinə keçəcək. Məhz bu meyllərinə görə Trampı Rusiyanın dostu sanırlar...
-Bu cür düşünmək ağılsızlıqdır. Əksinə, Tramp heç vaxt Rusiyanın dostu ola bilməz. Trampın 100 gün ərzində ortaya çıxartdığı siyasət ənənəvi ABŞ proteksionizmidir. Köhnə uğurlu siyasət xəttinə qayıtmağa cəhd, liberalizm siyasətindən uzaqlaşmaq və ABŞ iqtisadiyyatını qaldırmaqdır. Obamadan fərqli olaraq Tramp daha realistdir...
“Tramp ABŞ-ın çöküşünün qarşısını almağa çalışır...”
-Bu, özünü nədə göstərir?
-Yüksək səviyyəli biznesmen və iqtisadçı olan Tramp anlayır ki, ABŞ iqtisadiyyatının 60-ci illərin sonundan başlayaraq dünya ölkələrinə inteqrasiya olunması bu ölkəni faktiki olaraq başqa ölkələrdən asılı vəziyyətə salmışdır. Qloballaşma sayəsində ölkədə qüdrətli sənaye kompleksləri dayanmış, böyük sənaye şəhərləri çökmüşdür. ABŞ-ın istehsal etdiyi nə varsa, onların ayrı-ayrı hissələrinin çoxu Cənubi Koreya, Cənub-Şərqi Asiya, Latın Amerikası və s. ölkələrdə hazırlanır. Daha praqmatik siyasətçi olan Donald Tramp da düşünür ki, bu ölkələrlə əlaqəsi kəsilsə, ABŞ iqtisadiyyatı çökər. Gözünün qabağında SSRİ boyda ölkənin hansı səbəblərdən çökməsi nümunəsi durur. Faktiki olaraq Tramp öz ölkəsinin çökməsinin qarşısını almağa çalışır. Trampın fəaliyyətinə məhz bu nöqteyi-nəzərdən qiymət versək, görərik ki, ABŞ lideri heç də ölkəsinin mövqeyini itirməsini istəmir, əksinə, ABŞ proteksionizminə yeni vüsət verməyə cəhd edir. Bu isə o deməkdir ki, D.Tramp heç vaxt heç bir ölkə ilə dost-qardaş ola bilməz. Əksinə, o, proteksionizmi həyata keçirtməklə, ölkəsinin qüdrətini daha da artıracaq. Bu çox da uzun proses olmayacaq...
Trampa ABŞ daxilindən təzyiqlərin səbəbi...
-Bəs o halda nədənTrampa qarşı bu qədər təzyiqlər var?
-Bunu çox asan izah etmək olar. D.Tramp 50 ildən artıq həyata keçirilən qloballaşma siyasətindən uzaqlaşmağa çalışmaqla ABŞ gəmisinin sükanını başqa səmtə yönəldir. Və ölkəsini dağıtmaq təhlükəsi qarşısında qoyanlara qarşı ciddi tədbirlər görür. Bu, onun nə qədər güclü şəxsiyyət olduğundan xəbər verir. Buna digər bir ABŞ liderinin gücü çatmazdı. Hazırda Tramp qarşısına bir əsas vəzifə qoyub: ABŞ iqtisadiyyatını bərpa etmək, onun başqa ölkələrdən asılılığını aradan qaldırmaq. 100 gün göstərdi ki, o, bunu əzmkarlıqla və prinsipiallıqla həyata keçirir. Nəticəsi isə göz qabağındadır. ABŞ-ın mərkəzi regionlarındakı keçmiş zavod və komplekslərin işi bərpa olunmaqda, boşalmış şəhərlər öz həyat ritminə qayıtmaqdadır. Bu da ABŞ-da yeni iqtisadi sıçrayış olacağından xəbər verir...
-Deməli, ABŞ öz iqtisadi qüdrətini daha da gücləndirmək, qaytarmaq niyyətindədir?
-Elədir. Odur ki, Rusiya Prezidentinin D.Trampla münasibətinin yaxşı olacağını düşünmək gülüncdür. ABŞ-ın öz strateji inkişaf xətti var və bu xətdən heç kim uzaqlaşa bilməz. ABŞ-da prezidentlər gəlib gedir, ancaq strateji xətt dəyişmir. Onun mahiyyəti isə budur ki, ABŞ dayanmadan inkişaf etməli və bütün ölkələrdən güclü olmalıdır...
-Tahir müəllim, axı deyəsən, Putini çox şişirdirik. Onun Türkiyəyə münasibəti haqda başqa fikirlər də var. Məsələn, belə bir versiya da səslənir ki, əslində Rusiya da Avropa və ABŞ kimi Türkiyəyə qarşı isti münasibətdə səmimi deyil. Çünki I Pyotra məxsusluğu iddia edilən vəsiyyətnamədə Rusiyanın dünyaya hökmranlıq etmək üçün mütləq İstanbulu ələ keçirməsi vəzifə kimi qarşıya qoyulur. Həmin məntiqlə bu günkü ölkə lideri Vladimir Putinin də hazırkı siyasəti məhz Pyotrun vəsiyyətinin həyata keçirilməsinə yönəlib. Yəni, hazırda Türkiyənin müdafiəçisi kimi görünməklə Moskva əslində Suriyada, ardınca İraqda mövqelərini möhkəmlətmək məqsədi güdür. Və bu minvalla cənubdan bu iki ölkə, şərqdən Ermənistan, şimaldan isə Krım və Qara dəniz vasitəsi ilə Türkiyəni tam mühasirədə saxlamaq, onun daxilinə də nüfuz etməklə gələcəkdə sarsıdıb parçalamaq və nəticədə İstanbulun və strateji boğazların fəthini həyat keçirmək planı mövcuddur...
Müsahibimizin gözlənilməz iddiası:
“Rusiya çarı I Pyotrun heç bir vəsiyyətnaməsi olmayıb. Bu, Avropanın uydurmasıdır...”
“Mən Sankt-Peterburqda I Pyotrun külliyyatını təhlil etmişəm...”
Rus çarları nədən İstanbulun- keçmiş Konstantinopolun yunanlara geri qaytarılmasını istəməyib?
Azərbaycanda kimlər ermənilərin diqtəsi ilə Rusiyanı bizə və Türkiyəyə düşmən etmək istiqamətində çalışır?
Bu və ya digər suallara cavab tapmaq üçün Moderator.az-ı izləyin!
Sultan Laçın
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar