Xəbər lenti

«Fikrimcə, ağır yol qəzalarının baş verməsinin səbəbi sürücü intizamsızlığı və yol hərəkəti qaydalarına əməl edilməməsidir».

Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov bunu son günlər baş verən ağır yol qəzalarını dəyərləndirərkən deyib.

Ekspert hesab edir ki, yollarda belə qəzalar ictimai nəqliyyat sahəsindəki problemlərdən yaranır. Onun fikrincə, bəzi sürücülərdən ötrü avtomobil yolları sanki sürət və ötüşmə meydanına dönüb.

Ə.Hüseynov deyir ki, Bakıda bütünlükdə oturuşmuş, müasir tələblərə cavab verən ictimai nəqliyyat sistemi yoxdur. Ekspertin vurğulamasına görə, xalqın psixologiyasında «intizamsız sürücü» simptomu yaranıb. Ə.Hüseynov konkret Binə qəsəbəsi ərazisində 160 saylı sərnişin avtobusunun qatarla toqquşması hadisəsinə də toxunub: «Foto-video çəkilişlərdən aydın görünür ki, şlaqbaum yoxdur, hələ dəmiryoluna çatmamış xəbərdarlıq nişanları da yoxdur. Keşlədəki dəmiryolu keçidində də belədir».

Ekspert hesab edir ki, bu vəziyyətdən çıxış yolu hökumətin özünün bu işə qarışaraq durumu yaxşılaşdırmasıdır. Onun fikrincə, bunun indiki halda hər hansı alternativi yoxdur.

X atırladaq ki, sentyabrın 30-da Hacı Zeynalabdin qəsəbəsində yük maşını ilə Qubaya turist aparan sərnişin avtobusu toqquşub. Nəticədə 4 nəfər həlak olub, 14 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Oktyabrın 1-də isə Binə qəsəbəsinə işləyən 160 saylı sərnişin avtobusu ilə qatar toqquşub. Bunun nəticəsində də iki nəfər vəfat edib, 40-dan çoxşəxs isə müxtəlif xəsarətlər alıb.

(Azadlıq.org)

 




Ana səhifəyə qayıt        Baxış: 186          Tarix: 3-10-2018, 17:15      


Paylaş: