Xəbər lenti

Daxili İşlər Nazirliyi Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Strateq.az DİN-ə istinadən bildirir ki,  oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub: “Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər”.

Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, dünən baş verən qəza ilə bağlı yayılan digər rəqmi açıqlamalarda 34 nəfərin yaralandığı, bir nəfərin isə öldüyü bildirilib.

 




Ana səhifəyə qayıt        Baxış: 454          Tarix: 2-10-2018, 17:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma