Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Ədalət Rüstəmin fikrincə, Azərbaycanda pandemiyanın birinci həmləsi bitməyib və qarşıda COVİD-19 infeksiyasına yoluxma artacaq, professor Adil Qeybulla isə deyir ki, hazırkı mənzərə reinfeksiyadır...
Pandemiyanın ikinci dalğasının gəldiyi söylənsə də, əvvəlki panika müşahidə olunmur. Hətta belə demək olarsa, COVİD-19 infeksiyasının təhlükəliliyi arxa plana keçməkdədir. İstər başqa ölkələrdə, istər Azərbaycanda karantinin yaratdığı təcrübə, necə yaşamaq qaydaları, xəstəliyin nə dərəcədə qorxulu olub-olmadığı presedentləri artıq insanlarda bir arxayınlıq yaradıb. Elə adamlar var ki, hələ də koronavirusun varlığına, pandemiya səviyyəsində yayıldığına inanmırlar. Bir çoxları isə ikinci dalğanın böyük zərbə vuracağını gözləmirlər. Yəni pandemiyanın ilk həmləsi daha qüvvətli və təsiredici idi. Çünki o zaman indiki qədər təcrübə, qorunma yolları yoxuydu.İndi isə Azərbaycanda koronavirusa yoluxanların müalicəsi üçün modul tipli xəstəxanalar istifadəyə verilib, xaricdən mütəxəssislər cəlb olunub, regionlarda infeksiyanın yayılması minimuma endirilib, vətəndaşlar maska taxmaq, dezinfeksiya etmək qaydalarını vərdişə çevirirlər, üstəlik, Rusiya peyvənd kəşf edib və beləliklə, pandemiya gündəmdən çıxır, marağı itirir.
Tibb elmləri doktoru, Meçnikov adına Peyvənd və Profilaktika İnstitutunun laboratoriya müdiri Mixail Kostinov inanır ki, istənilən halda payızda ikinci dalğa baş verəcək.
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm isə belə düşünmür. Həkimin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanda pandemiyanın hələ birinci dalğası qurtarmayıb.
Onun fikrincə, xəstəliyin ilk mərhələsi başa çatmamış ikinci dalğa haqda fikirləşmək tezdir: “Bu, futbolda pley-of oynamadan qrupa düşməyi müzakirə etməyə bənzəyir. Bizdən fərqli olaraq, Gürcüstanda artıq ikinci dalğa başlayıb. Onlarda gündəlik yoluxma sayı 2-3 nəfərə düşmüşdü, amma gördünüz ki, birdən qalxdı. Bir azərbaycanlı həkim üç ay qabaq proqnoz vermişdi ki, Gürcüstanda yoluxma artacaq və dediyi düz çıxdı. Bizi də payız dalğası gözləyir. Üstəlik, insanlarımız heç də təcrübə toplamayıblar. Hələ də karantin qaydalarına əməl edilmir, arxayınlıq var. Ona görə biz hələ ki koronavirusun birinci hücumuna uduzuruq.
Payızda isə bizi daha pis nəticə gözləyir. Hətta adi qripi COVİD-19-la qarışdırıb koronavirus kimi müayinə edəcəklər".
Professor Adil Qeybulla isə qeyd edib ki, bir çox Avropa ölkəsində koronavirusun ikinci dalğası başlayıb və ÜST bununla bağlı həyəcan təbili çalır: “Hazırda Avropada yoluxma tədricən yüksəlməkdədir. Buna görə də həmin ölkələrdə pandemiyanın ikinci dalğası elan edilib. Bizdə isə bu reinfeksiyadır, onu ikinci dalğa adlandırmaq olmaz. Azərbaycanda birinci dalğa qurtarmamış ikinci dalğanın olması gözlənilmir. Hazırda ən böyük problem payız vaxtı soyuqdəymə xəstəlikləri ilə COVİD-19-un diferensiyasiyası ola bilər. Bundan sonra isə virusun təxminən zəifləyib
yoxa çıxacağı proqnozlaşdırılır. Əsas qorxumuz payızda mövsümi soyuqdəymə xəstəlikləridir. Bu, öz növbəsində COVİD-lə qarışıqlıq yarada bilər”.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov teleqraf.com-a deyib ki, payız yaxınlaşır, mövsümü xəstəliklər artır. "Əldə edilmiş müsbət dinamika hər an pozula bilər. Yoluxma hallarının artma ehtimalları hələ də yüksəkdir.
Bu günə kimi Cənubi Qafqaz regionunda ən az yoluxma halı qeyd edilən qonşu Gürcüstanda da artıq vəziyyət pisləşib. Avropanın bir çox ölkələrində artıq ikinci dalğa başlayıb. Eyni zamanda Avstriyada, Almaniyada, İngiltərədə yenidən qaydaların sərtləşmə metodları üzərində işlənilir. Qardaş Türkiyədə açıq havada belə tibbi maskadan istifadə zəruri olub", - deyə deputat bildirib. Onun fikrincə, yenidən sərt karantin qaydalarına dönməmək üçün hər birimiz məhsuliyyətimizi dərk etməliyik.
Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 38403 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib, aktiv xəstə sayı 1979 nəfərdir.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar