Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
Koronavirus insan beyni üçün bir sıra dağıdıcı fəsadlara gətirib çıxara bilər.
“Report” xəbər verir ki, bu barədə Liverpul, Yel universitetlərinin, London Universitet kolleci, İkon Tibb Mərkəzi alimlərinin elmi araşdırmalarına istinadən “Nature” jurnalı bildirib.
Koronavirusa yoluxmuş və nevroloji, psixiatrik ağırlaşmaların olduğu xəstələrin 62 faizində beynin qan təchizatının pozulduğu qeyd edilir. Eyni zamanda, pasiyentlərin 31 faizində zehni qarışıqlıq və uzun müddətli huşsuzluq kimi dəyişikliklər müşahidə olunub.
Londonun Universitet kollecinin tədqiqatının nəticəsinə görə, koronavirusun ən çox yayılmış nevroloji fəsadları insult, həmçinin ensefalit – beyin toxumalarının iltihabıdır. O, daha çox ağır - başın iltihabına və əsəb hüceyrələrinin öz qabığını itirməsinə, dalğın skleroza səbəb olan kəskin dalğın ensefalomielit formasına keçə bilər.
Belə ağır pasiyentlərdən bəzilərində respirator simptomları zəif ifadə edilib.
Bildirilir ki, nevroloji simptomlar əhalinin müxtəlif qruplarında yarana bilər.
“İnsult üçün adi risk faktorları olmayan bir qrup şiddətli zehni dəyişiklikləri olan gənc xəstələri gördük", - deyə Liverpul Universitetinin nevroloqu Benedikt Maykl bildirib.
Rio-de-Janeyro Federal Universitetinin nevroloqu Fernand de Feliçenin fikrincə, ağır COVID-19 xəstələrinin 50 faizdən çoxunda nevroloji ağırlaşmalar ola bilər. Ancaq informasiya çatışmazlığına görə koronavirusu yüngül və ya simptomsuz formada keçirmiş insanlar arasında nevroloji simptomların yayılmasının dərəcəsini müəyyən etmək son dərəcə çətindir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar