Xəbər lenti

 Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.

Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, liderlər Suriyada terrorçuluğa qarşı mübarizədə Rusiya ilə ABŞ-ın koordinasiyasından, Koreya yarımadasındakı vəziyyətdən danışıblar.

Putin regionda tərəflərin gərginliyi azaltmasının vacibliyini bildirib.

Bundan əlavə, Tramp və Putin iyun ayında Hamburqda baş tutacaq G20 sammitinə kimi müntəzəm telefon əlaqəsi yaratmaq barədə də razılığa gəliblər.

Tərəflər sözügedən sammitdə görüşəcəklərinə də ümidvar olduqlarını qeyd ediblər.

Xatırladaq ki, bu, Trampla Putin arasında baş tutan 3-cü telefon danışığıdır.




Ana səhifəyə qayıt        Baxış: 955          Tarix: 2-05-2017, 23:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma