Xəbər lenti

Moderator.az xəbər verir ki, daha bir ölkə Türkiyədən pomidor idxalına son qoyub. 
Türkiyənin pomidor ixracatında Rusiya ilə yaşadığı problemlər davam edərkən, bir pis xəbər də İraqdan gəlib. İraq yerli istehsalını dəstəkləmək məqsədi ilə pomidor idxalını dayandırmaq qərarına gəlib.
İraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən açıqlamada, yerli istehsalın dəstəklənməsi məqsədilə və xüsusilə Nəcəf və Kərbəla vilayətlərindəki artıma bağlı olaraq və yerli istehsalın tələbi qarşılayacağı hesablanaraq, 21 May tarixindən etibarən, pomidor idxalının dayandırılacağı deyilib.
İraq Kənd Təsərrüfatı Nazirliyinin şərhi, Türkiyə Respublikası İqtisadiyyat Nazirliyinin internet saytında də yer alıb.
Türkiyə nə qədər pomidor ixrac edir?
Türkiyənin ümumi pomidor ixracatı ötən il Rusiya qaynaqlı böhrana paralel olaraq 367 milyon dollardan 238 milyon dollara düşmüşdü. İraqa pomidor ixracatı isə 2016-ci ildə 88 milyon dollar həcmində olub.
Türkiyə İraqa 2014-ci ildə 98.5 milyon dollar, 2015-ci ildə isə 82.8 milyon dollarlıq pomidor ixracatı reallaşdırıb.

 




Ana səhifəyə qayıt        Baxış: 1 012          Tarix: 22-05-2017, 13:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma