Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp İsraillə saziş bağlamaqdan ötrü HƏMAS hərəkatına son şans verdyini bəyan edib.

Oxu.Az bildirir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında yazıb.

O, Fələstin hərəkatına oktyabrın 5-i Vaşinqton vaxtı ilə saat 18:00-dək vaxt verib. Tramp Yaxın Şərqdə istənilən halda sülh olacağını bildirib.

ABŞ lideri Qəzza şəhərinin dinc sakinlərinə müraciət edərək, mümkün döyüş zonalarını tərk etməyi və zolağın daha təhlükəsiz hissələrinə keçməyi xahiş edib.




Ana səhifəyə qayıt        Baxış: 2 885          Tarix: Dünən, 22:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma