Xəbər lenti

Rusiya Prezident Vladimir Putinin Avropadakı son təxribatları III Dünya müharibəsi təhlükəsini artırır. Üstəlik, ötən həftə Putinin ən yaxın müttəfiqlərindən biri Böyük Britaniyanı nüvə silahı ilə “yer üzündən silməyə” çağırdı.

Axar.az xəbər verir ki, bu barədə amerikalı ekspert İvana Stredner bildirib.

O qeyd edib ki, Rusiya nüvə silahından istifadə hədələrini Ukraynanın müttəfiqlərinə qarşı şantaj aləti kimi işlədir ki, onlar Kiyevə hərbi yardım göstərməkdən çəkinsinlər.

Stredner xatırladıb ki, Rusiya dünyanın ən böyük nüvə arsenalına malikdir: "Putin bu silahı Qərb ölkələrinə qarşı işlətməyəcək. Bu, daha çox Rusiyanın psixoloji müharibə vasitəsidir".

Ekspert vurğulayıb ki, Böyük Britaniya və ABŞ Putinin blefini ifşa etməli və Kremlə təzyiqi gücləndirməlidir.




Ana səhifəyə qayıt        Baxış: 1 804          Tarix: Bu gün, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma