Xəbər lenti

Polşa Prezidenti Karol Navrotski Almaniya və Litva ilə buraxılış məntəqələrinə və dövlət sərhədinə qoşun göndərib.

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosu məlumat yayıb.

Navrotskinin imzaladığı müvafiq qərarda Polşa Silahlı Qüvvələrinin sərhədçilərə kömək etməli olduğu göstərilib.

Qoşunlar Almaniya və Litva sərhədlərində 4 aprel 2026-cı il tarixinə qədər qalacaqlar.




Ana səhifəyə qayıt        Baxış: 3 023          Tarix: Bu gün, 09:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma