Xəbər lenti

"Avropa İttifaqı işğal olunmuş ərazilərdə yaradılan rejimlərin tanınmaması siyasətinə sadiqdir".

"Report" Gürcüstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini İordaniyada Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşdə deyib.

Mətbuat xidmətinin məlumatına görə, görüş zamanı F.Mogerini Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstək verdiklərini bir daha təsdiqləyib.

Tərəflər, həmçinin Gürcüstan-Aİ əməkdaşlığı, eləcə də noyabr ayında Brüsseldə keçiriləcək Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı sammitini müzakirə ediblər.

 




Ana səhifəyə qayıt        Baxış: 847          Tarix: 22-05-2017, 14:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma