Xəbər lenti

Rusiya Prezidenti Vladimir Putin Hindistanda dövlət səfərindədir.

Oxu.Az bu barədə RBK-ya istinadən xəbər verir.

Bu, Rusiya liderinin son dörd ildə Hindistana ilk səfəridir. Səfər iki gün davam edəcək.

Rusiya prezidenti Hindistanın Baş naziri Narendra Modi ilə qapalı, qeyri-rəsmi görüş keçirməyi planlaşdırır. Dekabrın 5-də isə Rusiya lideri Modi ilə birlikdə Rusiya-Hindistan biznes forumunun plenar iclasında iştirak edəcək.

Bundan əlavə, Putin "RT India" telekanalının işə salınması mərasimində iştirak edəcək, Mahatma Qandi memorialını ziyarət edəcək və Hindistan Prezidenti Draupadi Murmu ilə görüş keçirəcək.




Ana səhifəyə qayıt        Baxış: 26          Tarix: Bu gün, 21:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma