Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsini İrlandiyada naməlum dronlar izləyib.
Oxu.Az "RBK-Ukraina"ya istinadla xəbər verir ki, Prezident Ofisinin təmsilçisi Dmitri Litvin bu məlumatı təsdiqləyib.
"Təhlükəsizliyə prezidenti qəbul edən tərəf cavabdehdir. Onların məlumatına görə, həqiqətən də, belə dronlar görünüb", - o bildirib.
Xatırladaq ki, İrlandiyaya səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsini dörd naməlum pilotsuz uçuş aparatının təqib etdiyi bildirilib. Prezidentin təyyarəsi planlaşdırılandan bir qədər tez Dublin aeroportuna enib. Bundan sonra dronlar Ukrayna liderinin səfəri fonunda gizli şəkildə İrlandiya dənizinə göndərilmiş İrlandiya Hərbi Dəniz Qüvvələrinin gəmisi üzərində dövrə vurublar.
Dronlar Dublinin şimal-şərqindən havaya qalxıb və iki saata qədər havada qalıb.
Paylaş:




























