Xəbər lenti

Rusiya Böyük Britaniyanın Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi və bu idarə ilə əlaqəli olduğu iddia edilən 11 şəxsə qarşı qeyri-qanuni sanksiyalarını tanımır.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Moskva cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

"Rusiya tərəfi BMT Təhlükəsizlik Şurasından yayınaraq, qondarma bəhanələrlə tətbiq edilən qeyri-qanuni sanksiyaları tanımır və cavab tədbirləri görmək hüququnu özündə saxlayır", - diplomat bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 959          Tarix: Bu gün, 21:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma