Xəbər lenti

ATƏT-in Minsk qrupunun bağlanması sülh prosesinin dəstəklənməsi istiqamətində mühüm addımdır.

Axar.az xəbər verir ki, bunu Finlandiya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen deyib.

“Azərbaycanla Ermənistan arasında sülh prosesində müsbət irəliləyişin şahidi oldum. Avqust ayında ATƏT-in Minsk qrupunu və əlaqəli strukturları bağlamaq qərarına gəldik. Bu, sülh prosesinin dəstəklənməsində vacib bir addımdır və ATƏT-in büdcəsinin təsdiqlənməsinə mane olan əsas maneəni aradan qaldırır”, - o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 901          Tarix: Bu gün, 15:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma