Xəbər lenti

İsveç hökuməti Tanzaniya, Mozambik, Zimbabve, Liberiya və Boliviyaya yardımını dayandırmaq qərarına gəlib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu vəsaitlər Ukraynanı dəstəkləmək üçün istifadə olunacaq. Bu barədə İsveçin xarici ticarət və inkişaf əməkdaşlığı naziri Benyamin Dusa mətbuat konfransında bildirib.

Məlumata görə, beş ölkəyə göstəriləcək yardımın həcmi 2026-cı ildə 700 milyon kron (74.39 milyon dollar) və 2027-ci ildə 900 milyon kron (95.64 milyon dollar) məbləğində müəyyən edilib.

Lakin onlar 31 avqust 2026-cı ildən sonra İsveçdən vəsait almayacaqlar. Vəsaitlərin yenidən bölüşdürülməsi nəticəsində İsveçin Ukraynaya qeyri-hərbi dəstəyinin 2 milyard kron (212.55 milyon dollar) təşkil edəcəyi gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 29          Tarix: Bu gün, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma