Xəbər lenti

ABŞ prezidenti Donald Tramp baş prokuror Ceff Seşnsin istefaya getdiyini elan edib.

Bu barədə Ağ Ev rəhbəri “Twitter”də yazıb.

“Ədliyyə Naziliyindəki Aparat rəhbəri Metyu Uitakerin bizim baş prokurorun vəzifəsinin yeni icraçısı olduğunu elan etməyə şadıq”, – deyə Tramp bildirib.

Ağ Evin başçısı Seşnsə işinə görə təşəkkür edib: “Daimi əvəzetmə daha sonra elan ediləcək”.

ABŞ prezidenti Seşnsın Ədliyyə Nazirliyinə rəhbərlik işini dəfələrlə açıq şəkildə tənqid edib. Tramp bir neçə dəfə bildirib ki, Ədliyyə Nazirliyinin işçiləri ona qarşı fəaliyyət göstərirlər.

Report

 




Ana səhifəyə qayıt        Baxış: 371          Tarix: 8-11-2018, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma