ABŞ prezidenti Donald Tramp Ceff Seşnsi ədliyyə naziri təyin etməsinə peşman olub.
Tramp Ceff Seşnsin Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı aparılan istintaq işindən özünü kənarda tutmasını tənqid edib.
O, Tvitterdəki paylaşımında peşmanlğını dilə gətirib: “Ədliyyə naziri olaraq Seşnsin özünü “Rusiya işi”ndən kənarda tutması doğru deyil. Əgər o, vaxtında mənə “üzrlü sayın, qarşımdakı ən önəmli dosye ilə maraqlanmayacam” desəydi, başqasını nazir təyin edərdim. Ölkədə çoxlu sayda yaxşı hüquqşünas var. Tramp başqa birini seçə bilərdi. Kaş ki, başqasını seçəydim”.
Ceff Seşns Trampın tənqidlərinə cavab olaraq ölkəsi üçün çalışmaqda davam edəcəyini bildirib.
Seşnsin 2016-cı ildə keçirilən prezident seçkiləri zamanı Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə iki dəfə görüşdüyü ortaya çıxıb/Teleqraf.com.
Paylaş: