Xəbər lenti

Birləşmiş Ştatlar bildirir ki, beynəlxalq hərbi müşahidə müqaviləsinə uyğun olaraq Ukrayna üzərindən fövqəladə uçuş həyata keçirib.

Strateq.az xəbər verir ki, Pentaqon bu xəbəri dekabrın 6-da yayıb:

“Bugün Birləşmiş Ştatlar və Müttəfiqlər Açıq Səmalar Müqaviləsinə uyğun olaraq fövqəladə uçuş həyata keçirib”. Bəyanatda deyilir ki, bu hadisə ABŞ-ın Ukrayna və başqa partnyor ölkələrə dəstəyinin ifadəsi olub. 2002-ci ildə imzalanmış Açıq Səmalar Müqaviləsi bu sənədi paraflamış 34 ölkəyə bir-birlərinin əraziləri üzərindən silahsız müşahidə uçuşları etmək imkanı verir. Belə uçuşlar əvvəlcədən planlaşdırılır, lakin əvvəlcədən planlaşdırılmamış – fövqəladə uçuşlara da icazə verilir. Bunun üçün iki ölkənin, bu halda ABŞ və Ukraynanın razılığı kifayətdir.

Pentaqon bu bəyanatda habelə Rusiyanın Ukrayna gəmilərinə səbəbsiz hücumunu təhlükəli meyl kimi pisləyir.

Bəyanatda deyilir ki, Birləşmiş Ştatlar Rusiya ilə daha yaxın münasibətlərə çalışır, lakin bu, Ukrayna və başqa yerlərdə qanunsuz və pozucu hərəkətlərin davam etdiyi bir vaxtda mümkün ola bilməz.

Bundan əvvəl CNN xəbər vermişdi ki, ABŞ Qara dənizə hərbi gəmi göndərmək niyyətindədir.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 240          Tarix: 7-12-2018, 14:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma