Xəbər lenti

 

“NATO-nun bütün üzvləri Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Rusiyanı ələ keçirdiyi Ukraynaya məxsus gəmi və əsgərləri bir an öncə sərbəst buraxmağa çağırırıq”.

Ovqat.com xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Jens Stoltenberq Azov dənizinin Kerç boğazındakı hadisələri şərh edərkən deyib.

 Baş katib Brüsseldə NATO-Ukrayna Komissiyasının fövqəladə görüşünün ardından keçirdiyi mətbuat konfransında onu da vurğulayıb ki, Ukrayna gəmilərinə qarşı hərbi qüvvədən istifadə edilməsinin qanuni heç bir əsası yoxdur.

Qeyd edək ki, dünən səhər saatlarında Azov Dənizində rus hərbi gəmiləri Ukrayna gəmilərinə saldırmışdı. Məlumata görə, Ukraynanın 3 gəmisi ilə birlikdə 24 dənizçisini əsir götürən Rusiya bu təcavüzünü qarşı tərəfin su sərhədlərini pozmasıyla əlaqələndirmişdi.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 712          Tarix: 26-11-2018, 23:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma