Ukraynanın Çerniqov vilayətində yanan hərbi anbarlarda təxminən 88 min ton sursat var.
Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib.
“Anbar ərazisində yanğın və müxtəlif intensivlikdə partlayışlar müşahidə olunur. Anbarlarda təxminən 88 min ton hərbi sursat var”, – qurumun məlumatında deyilir.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığında yerləşən hərbi anbarlarda partlayışın intensivliyi saniyədə 2-3 dəfədir.
Hələlik xəsarət alan və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Xatırladaq ki, dünən gecə Ukraynanın Çeniqov vilayətində 700 hektara yaxın ərazisi olan hərbi anbarda partlayış baş verib. Ərazidə yaşayan 20 mindən çox insan təxliyyə edilib/Report.
Paylaş: