Xəbər lenti

Türkiyənin İncirlik aviabazasında amerikalı çavuş Kurtis C. Qardnerin otağında meyiti tapılıb.
Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin 39-cu komandanlığında xidmət keçən Qardner aprelin 10-da növbəyə çıxmayıb. Bundan narahat olan yoldaşları hərbçinin otağına yollanıb və onu huşsuz vəziyyətdə tapıblar.
Təcili Tibbi Yardım maşını ilə İncirlikdə xəstəxanaya aparılan amerikalının öldüyü müəyyən edilib.
Hərbçinin ölüm səbəbi araşdırmalardan sonra bəlli olacaq.



Ana səhifəyə qayıt        Baxış: 834          Tarix: 14-04-2017, 08:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma