Xəbər lenti

Çin səlahiyyətliləri ABŞ ilə iki ölkə arasında milli təhlükəsizlik baxımından qadağan edilən əməliyyatlara qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün danışıqlar aparırlar.

Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, Pekin Vaşinqtona bir trilyon dollar dəyərində investisiyalar təklif edir.

Məlumata görə, bəzi ekspertlər bunu "rüşvət" olaraq qiymətləndirirlər.

Xatırladaq ki, ABŞ və Çin arasında cari ilin əvvəlində ticarət müharibəsi başlayıb. ABŞ Çin mallarına qoyulan rüsumu kəskin artırıb. Bununla belə, iyunda ABŞ Prezidenti Donald Tramp ölkəsi ilə Çin arasında ticarət sazişi imzalandığını elan edib. Razılaşmaya əsasən, Pekin ABŞ-ni istənilən nadir torpaq elementləri ilə təmin edəcək və həmçinin iki ölkə arasında tələbə mübadiləsi aparılacaq.




Ana səhifəyə qayıt        Baxış: 2 747          Tarix: Bu gün, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma