Xəbər lenti

 Rusiyada baş verən yol qəzasında Azərbaycan vətəndaşları xəsarət alıb. APA-nın “lenta.ru”-ya istinadən verdiyi məlumata görə, hadisə Stavropol diyarının Budenovsk rayonunda baş verib. Mikroavtobusun sürücüsü, 27 yaşlı Azərbaycan vətəndaşı idarəetməni itirib, nəticədə mikroavtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində dörd nəfər xəsarət alıb, iki nəfər ölüb. Xəsarət alanlardan ikisi Azərbaycan vətəndaşıdır.

 Sürücünün bundan əvvəl də yol qaydalarını pozduğu, lakin məsuliyyətə cəlb olunmadığı bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 845          Tarix: 22-07-2017, 12:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma