Xəbər lenti

 Pakistanın Belucistan əyalətinin Kvetta şəhərində baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 14 nəfər yaralanıb. APA-nın  “Dawn” nəşrinə istinadən verdiyi xəbərə görə, hadisə yerində polis qüvvələri cəlb edilib. Yaralananlar xəstəxanaya çatdırılıb. Onlardan 6 nəfərin vəziyyəti kritikdir.  

 Partlayışın səbəbi müəyyənləşdirilir. Şahidlər partlayışın polis maşınının yaxınlığında baş verdiyini bildiriblər.




Ana səhifəyə qayıt        Baxış: 630          Tarix: 13-08-2017, 00:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma