Xəbər lenti

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, Milli Məclisin keçmiş deputatı Hacı Qalib Salahzadə Bakıda mollanın pivə içməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Ovqa.com-un məlumatına görə, Qalib Salahzadə ölkə.az-a açıqlamasında deyib ki, pivə içən adam heç zaman əsl molla ola bilməz:
“Açığı, mən o fotoları görməmişəm. İndi dəqiq bilmirəm ki, o adam doğrudan da molladır, ya yox! Dində də spirtli içki içmək qəbul edilmir”. 
Dindarların “hacı pivəsi” adlanan içkiləri içməsinin halal-haram olması məsələsinə də toxunan sabiq deputat qeyd edib ki, hazırda bir çox ölkələrdə, o cümlədən Məkkədə satışda “hacı pivəsi” satılır:
“Mən Həcc ziyarətinə gedən zaman Məkkədə “həci pivəsi” görmüşəm. Bilirəm ki, Səudiyyə Ərəbistanında belə bir içki satışda var. Bu cür içkilər də son illər əmələ gəlib. Əvvəllər belə hallar yox idi. Ancaq mən o içkidən istifadə etməmişəm. Ümumiyyətlə, mən 1990-cu ildən bəri heç zaman spirtli içki qəbul etməmişəm. Bundan sonra da istifadə etməyəcəm. Çünki mən 2 dəfə Kəbə Evinin içərisində olmuşam”.
Xatırladaq ki, Bakıda pivəxanaların birində oturub pivə içən mollanın fotoları çəkilərək sosial şəbəkələrdə yayılıb.

Şeyxin deputat qudası pivə içən molladan danışdı (FOTO)




Ana səhifəyə qayıt        Baxış: 655          Tarix: 29-06-2017, 00:58      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent