Xəbər lenti

 

Hepatit B və Hepatit C virusunun qanda ilkin müayinəsi aparılıb

Ovqat.com-un məlumatına görə, 28 iyul – Ümumdünya Hepatit Günü münasibətilə Referans Klinik Laboratoriya Mərkəzinin, LOR hospitalının və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə, Bakı dəmir yolu vağzalında, könüllülük prinsipi əsasında, təmənnasız olaraq,  Hepatit B və Hepatit C virusunun ekspress metodla təyini aparılıb.

Tədbirin keçirilməsində məqsəd əhalinin maariflənməsində və bu təhlükəli virusların ilkin müayinəsinin aparılmasında, bir səhiyyə  qurumu olaraq, öz töhfəsini verməkdir.

Xatırladaq ki, 2010-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Hepatit Birliyi  tərəfindən bütün dünyada insanların diqqətini hepatit xəstəliyinə yönəltmək məqsədilə, 28 iyul Ümumdünya Hepatit Günü elan olunub. Bu günün məhz iyulun 28-də qeyd olunması Hepatit B virusunu kəşf edən və ona qarşı birinci vaksini yaradan, bu nailiyyətinə görə Nobel mükafatı alan professor Barunch Blumberqin anadan olduğu tarixlə bağlıdır.

Aksiya çərçivəsində 100-yə yaxın vətəndaş müayinədən keçirilib.




Ana səhifəyə qayıt        Baxış: 892          Tarix: 28-07-2017, 19:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma