Xəbər lenti

Ukrayna hökuməti Kuba ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq və bu ölkədəki səfirliyini bağlamaq qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiha bəyanat yayıb.

Nazir bildirib ki, qərar Kuba rəhbərliyinin Rusiya ilə müharibə mövzusundakı mövqeyinə və Rusiyanın işğalçı ordusuna kubalıların cəlb edilməsinə reaksiya verməməsinə cavab olaraq qəbul edilib:

“Biz Kuba prezidentinin Putinə Ukraynaya qarşı təcavüzkar müharibəsində ‘qələbə’ arzulamasını yaxşı xatırlayırıq. Biz bunu unutmadıq. Bu il Ukraynanın Havanadakı səfirliyini bağlamaq və diplomatik əlaqələr səviyyəsini aşağı salmaq qərarına gəldik. Bizim mövqeyimiz Kuba xalqına qarşı deyil — biz onların firavan yaşamaq haqqına hörmətlə yanaşırıq. Amma bu qərar Kubanın hakimiyyət orqanlarının minlərlə vətəndaşının Rusiya ordusuna cəlb edilməsinə biganə qalmasına cavabdır”, – deyə Sibiha vurğulayıb.

Nazir həmçinin əlavə edib ki, Ukrayna BMT Baş Assambleyasının ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi embarqonun dayandırılması ilə bağlı qətnaməsinə qarşı səs verib.




Ana səhifəyə qayıt        Baxış: 2 213          Tarix: Dünən, 23:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma