Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağına cavab zərbəsi endirmək hüququnu dəstəkləyib.

Oxu.Az "NBC News"a istinadla xəbər verir ki, o, bunu Yaponiyadan Cənubi Koreyaya uçarkən təyyarədə jurnalistlərə bəyan edib.

Prezident deyib: "İsraillilər cavab zərbəsi endirirlər və onlar yaranmış vəziyyətdə cavab zərbəsi endirməlidirlər".

Atəşkəsin təhlükə altında olmadığını hesab edən Ağ Ev rəhbərinin fikrincə, HƏMAS Yaxın Şərqdə sülhün çox kiçik bir hissəsidir.

"Onlar (HƏMAS) özlərini yaxşı aparacaqlarını söylədilər və əgər özlərini yaxşı aparsalar, onda xoşbəxt olacaqlar", - deyə ABŞ lideri vurğulayıb.

O xəbərdarlıq edib ki, əks halda qruplaşma məhv ediləcək.




Ana səhifəyə qayıt        Baxış: 48          Tarix: Bu gün, 10:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma