Xəbər lenti

 

2017-ci ilin iyul ayının məlumatlarına görə, mobil internet sürətinə görə ölkələrin siyahısı açıqlanıb. Bu siyahıya 122 ölkə daxil edilib.

Haberturk həmin ölkələri təqdim edir.

Belə ki, ik sırada 52,59 Mbps mobil internet sürəti ilə Norveç yer alıb.

Onu 2-ci sırada  46,94 Mbps ilə Hollandiya izləyir.

Siyahıda 3-cü yerdə 46,24 Mbps internet ilə Macarıstan 4-cü yerdə 46,24 Mbps ilə Sinqapur, 5-ci sırada isə 44,84 Mbps mobil internet sürəti ilə Malta yer alıb.

İlk onluğa daxil olan digər ölkələr:

6-cı yer: 44,64 Mbps ilə Macarıstan

7-ci yer: 43,98 Mbps internet ilə Birləşmiş Ərəb Əmirlikləri

8-ci yer: 42,09 Mbps ilə Cənubi Koreya 

9-cu yer: 37,81 Mbps ilə Belçika

10-cu yer: 36,84 Mbps ilə İslandiya

Qeyd edək ki, Azərbaycan 18,23 Mbps internet ilə bu siyahıda Gürcüstanı keçərək 62-ci yerə sahib olub. Belə ki, Gürcüstan 17,50 Mbps ilə 65-ci olub. Qonşu Türkiyə isə 29,30 Mbps mobil internet sürəti ilə 28-ci yerdə qərarlaşıb.

Ermənistan bu siyahıda 19,76 Mbps sürət ilə 54-cü olub.

Mobil internet sürətinin ən zəif olduğu ölkə isə İraqdır. Belə ki, 3,03 Mbps ilə sonuncu yerdədir./Xeberler.az/




Ana səhifəyə qayıt        Baxış: 827          Tarix: 19-08-2017, 22:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma