Xəbər lenti

 

Bu gün Bakıda bədii gimnastika üzrə dünya çempionatı start götürəcək.
APA-nın məlumatına görə, 7 gün davam edəcək mundialda 62 ölkədən 312 idmançı xalça üzərinə çıxacaq. 

Milli Gimnastika Arenasında təşkil olunacaq yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına əsas təsnifat xarakteri daşıyacaq. Olimpiadaya 98 vəsiqədən 41-i dünya çempionatında sahibini tapacaq. 

Çoxnövçülükdə eyni ölkədən ikidən artıq olmamaqla, ilk 16 yeri tutacaq gimnastlar Yaponiya paytaxtında iştirak hüququ əldə edəcəklər. Qrup hərəkətlərində isə ilk “beşlik” dörd illiyin ən möhtəşəm yarışına vəsiqə qazanacaq. DÇ-2018-də mükafat qazanan Rusiya, İtaliya və Bolqarıstan artıq Tokio-2020-yə çıxdığından 6-8-ci yerlər də Oyunlara lisenziya şansı əldə edə biləcəklər. 




Ana səhifəyə qayıt        Baxış: 29          Tarix: 16-09-2019, 09:07      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent