Xəbər lenti

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanan Ağcabədi şəhərinin baş plan layihəsinin işlənilməsi başa çatdırılıb.

Ovqat.com bildirir ki, komitədən “APA-Economics”ə verilən məlumata görə, Şəhərsalma və Tikinti Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun olaraq 11 may 2017-ci il tarixində Ağcabədi şəhərində baş planın yekun layihəsinin ictimai müzakirəsi keçirilib. 

Tədbirdə komitənin, icraçı təşkilat olan “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun nümayəndələri, Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

İctimai müzakirədə tədbir iştirakçıları tərəfindən Ağcabədi şəhərinin yeni baş planın işlənilməsi yüksək qiymətləndirilib.

Tədbirin sonunda Ağcabədi şəhərinin 2035-ci ilədək olan dövrə hesablanmış yeni baş plan layihəsinin məqbul sayılmaqla təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunması məqsədəuyğun hesab edilib.

  




Ana səhifəyə qayıt        Baxış: 865          Tarix: 15-05-2017, 15:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma