Xəbər lenti

Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları idarələri rəhbərlərinin görüşü keçirilir.

"Report" xəbər verir ki, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze, "Ukrayna Dəmir Yolu" SC-nin İdarə Heyətinin sədri Balçun Voytsex və Polşa Dövlət Dəmir Yolunun rəisi Kşiştof Maminski iştirak edirlər.

Beştərəfli görüşdə Cənub-Qərb nəqliyyat marşrutunun üstünlükləri və inkişaf perspektivləri, layihənin inkişafı, bu marşrut üzrə daşınmaların həyata keçirilməsində təşkilati, texnoloji və logistika məsələlərinin həllində tərəflərin atdığı addımların əlaqələndirilməsi, marşrut üzrə katibliyin və əməliyyat-iş mərkəzinin yaradılması məsələləri müzakirə edilir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 167          Tarix: 19-06-2017, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma