Xəbər lenti
"Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Mərkəzi Bankından (AMB) götürdüyü kreditin birinci tranşını yanvar ayında artıq qaytarıb"
Ovqat.com "APA-Economics"-ə istinadən xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tranşın məbləği 22 mln. manat, kredit dərəcəsi isə 5% təşkil edib.
A.Cavadov əlavə edib ki, AMB Fonda ikinci tranş üzrə 100 mln. manat kredit ayırıb.
 "Üçüncü tranşın məbləği 445 mln. manat təşkil edir. 545 milyon manatlıq kreditin 520 mln. manatı restrukturizasiya edilib faizsiz kreditə çevrilib. Yerdə qalan 20 mln. manat isə 0,15%-lə qaytarılacaq", - deyə o bildirib.
 
Qeyd edək ki, hazırda fondun 80 mln. manat vəsaiti var



Ana səhifəyə qayıt        Baxış: 748          Tarix: 18-04-2017, 11:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma