Xəbər lenti
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "Ovqat.com"-a verilən məlumata görə Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin arxa oturacağının altından və salonundan gömrük nəzarətindən gizlədilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 5600 ədəd "Golden gate" markalı siqaretlər aşkar edilib.



Ana səhifəyə qayıt        Baxış: 1 083          Tarix: 19-04-2017, 11:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma